Quantcast
Channel: AZ Cookbook – Dadlı yemək reseptləri bloqu
Viewing all articles
Browse latest Browse all 139

Asan Almalı Piroq

$
0
0

“Qonaqlar indi gələcək! Bəs mən neyləyim? Şirniyyat bişirməyi çatdırmadım…” Narahat olmayın! Hər şeyin çarəsi var, bu da qapıda-qonağım-var-evimdə-şirnim-yoxdur kimi vəziyyət üçün əla çarə - asan almalı piroq! Almalı şarlotka yadınızdadır? Bunlar qohum piroqlardır - tez harırlanan və eyni zamanda ləzzətlidirlər.

Asanlığı nədədir? İzah edim. Tortun xəmiri bir iki dəqiqədə hazırlanır. Sonra xəmir formaya tökülür, üstünə alma dilimləri düzülür, qoz və darçın səpilir, və piroq sobaya yollanır. Bişdikdən sonra hamı sevinir. Siz də özünüzü və sevdiklərinizi bu piroqla sevindirin.

Bu piroq kofe və çayla əla gedir!

Asan Almalı Piroq

“Sunset Breads” kitabından adaptə edilmişdir

Təxminən 10 pay üçün

Ərzaqlar:

2 stəkan əla növ un
1 stəkan şəkər tozu
2 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1 ədəd iri yumurta - yüngülvari çırpılmış
1 stəkan süd
2 xörək qaşığı zeytun yağı və ya hər hansı növ başqa duru yağ (güclü qoxusu olmayan)
2 ədəd iri yaşıl alma və ya istədiyiniz sort alma - qabığını soya və ya soymaya bilərsiniz, nazik dilimlər şəkilində kəsin
1/2 (yarım) kip stəkan qəhvəyi şəkər tozu
1/2 çay qaşığı darçın
1/4 stəkan kərə yağı, əridilib - otaq hərarətinə qədər soyudulmuş
1/2 stəkan doğranmış qoz

Hazırlanma qaydası:

Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın. Üstünə yumurta, süd və duru yağı əlavə edib, yenidən qarışdırın. Alınan kütləni dibi yağlanmış və azacıq unlanmış, ölçüləri 23 sm X 33 sm olan formaya (mən istiyə dayanıqlı şüşə formada bişirirəm - şəkilə bax) boşaldıb, üstünü hamarlayın.  Alma dilimlərini xəmirin üstünə cərgələrlə düzün.

Ayrı qabda qəhvəyi şəkər tozu, darçın va kərə yağını qarışdırın. Alınan qarışığı almaların üstünə səpin. Bunun da üstünə qozu səpin.

Sobanı 180Cdək qızdırın.

Piroqu xəmir formanın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin. Sobadan çıxardın. Qoyun piroq formanın içində təxminən 10 dəqiqə soyusun.  Piroqu hələ isti ikən və ya otaq hərarətində olduğunda süfrəyə verin.


Viewing all articles
Browse latest Browse all 139

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Nootroplar nədir?


Ali hisslər


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


Unutma Yazılı Şəkillər (106)


Yalnız mənimsən


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Açıq testlər


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri